Türkiyədə daha 18 nəfər koronavirusdan ölüb

Türkiyədə daha 18 nəfər koronavirusdan ölüb

02.08.2020

“Hakimiyyet.com” xəbər verir ki,

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 18 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

Nazir bildirib ki, son 24 saatda 40 247 şübhəli koronavirus testindən keçib, onlardan 987-nin cavabı pozitiv çıxıb, bu gün daha 978 xəstə sağalıb.

Türkiyədə indiyədək 232 856 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5728 nəfər ölüb, 216 494 nəfər müalicə olunaraq evə buraxılıb. 

Nazir qeyd edib ki, COVID-19-dan şübhəlilər arasında testdən keçənlərin sayı 4 885 916-ya yaxınlaşıb.

Xəbəri paylaş: