Bakıda sürücü qəza törədib hadisə yerindən qaçdı
04.01.2020Bakıda qəza törədib hadisə yerindən yayınan sürücünün görüntüsü qeydə alınıb.
Hadisə Füzuli küçəsində baş verib.
Həmin küçədəki yolun sol zolağında hərəkətdə olan 99-NS-805 qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü sağa qəfil manevr edərək həmin zolaqda olan avtomobili vurub.
Sürücü dayanıb avtomobildən düşənə kimi, “Opel” markalı avtomobilin sürücüsü hərəkətə başlayaraq hadisə yerindən qaçıb.