İranda qızıl dükanına silahlı basqın olub, 3 nəfər yaralanıb

İranda qızıl dükanına silahlı basqın olub, 3 nəfər yaralanıb

13:46 01.07.2020

“Hakimiyyet.com” xəbər verir ki,

İranın Əhvaz şəhərində qızıl dükanına silahlı basqın olub.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə “Bazar Kiyan” adlanan ticarət mərkəzində qeydə alınıb.

Hadisə nəticəsində biri azyaşlı olmaqla, 3 nəfər xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbəri paylaş: