ARDNF valyuta satışını artırıb

ARDNF valyuta satışını artırıb

13:22 01.07.2020

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən cari ilin iyun ayında satılan vəsaitin həcmi açıqlanıb.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, 2020-ci ilin iyun  ayı ərzində ARDNF tərəfindən 373,2  mln. ABŞ dolları məbləğində vəsait satılıb. Bu, cari ilin may ayı ilə müqayisədə 11,7 %, ötən ilin iyun ayı ilə müqayisədə isə 18,1% çoxdur.

APA-Economics”in apardığı hesablamalara görə, bu ilin yanvar-iyun aylarında ARDNF tərəfindən 4 010,2  mln. dollar məbləğində vəsait satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51,7% çoxdur.

Qeyd edək ki, ARDNF tərəfindən 2019-cu ilin yanvar-iyun aylarında 2 643,6  mln. ABŞ dolları məbləğində valyuta satıb.

Xəbəri paylaş: