Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti qadağan edilib

Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti qadağan edilib

0:20 06.06.2020

“Hakimiyyet.com” xəbər verir ki,

2020-ci il 6 iyun saat 00:00-dan Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, qadağa 8 iyun saat 06:00-dək qüvvədədir. 

 

Xəbəri paylaş: