Rusiyada son sutkada 36 meşə yanğını söndürülüb

Rusiyada son sutkada 36 meşə yanğını söndürülüb

3:04 24.05.2020

“Hakimiyyet.com” xəbər verir ki,

 

Mayın 23-də Rusiyada 2116 hektar ərazidə 36 meşə yanğını söndürülüb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Regional Meşə Təsərrüfatı Dispetçer Xidməti məlumat yayıb.

Bildirilib ki, bir gün əvvəl 871 hektar ərazidə 38 meşə yanğının qarşısı alınıb. 

Mayın 24-nə keçən gecə isə 11733 hektar ərazidə 64 meşə yanğınları aktiv şəkildə söndürülüb. Yanğınların söndürüldüyü ən böyük ərazi Xabarovskda qeydə alınıb – 4870 hektar.

 

Xəbəri paylaş: