Avstraliyanın Səhiyyə naziri gəncləri yenidən koronavirus testindən keçməyə çağırıb

Avstraliyanın Səhiyyə naziri gəncləri yenidən koronavirus testindən keçməyə çağırıb

2:03 24.05.2020

“Hakimiyyet.com” xəbər verir ki,

 

“Məhdudiyyətlərin yumşaldılması ərəfəsində kafe və restoranlara kütləvi axın edəcək gənclərin yenidən koronavirus testindən keçməyə çağırıram”.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Brad Hazzard mətbuat konfransında deyib.

Nazir ölkədə yoluxmanın “ikinci dalğası”nın qarşısını almaq məqsədilə testlərin verilməsini vacib hesab edib.

O, gənclərə xitabən vurğulayıb ki, son iki ayda yaşadığımız məhdudiyyətlər bizi arxayın edə bilməz: Sağlamlığınızla bağlı ən kiçik şübhə varsa, testdən keçməyiniz son dərəcə vacibdir”.

Qeyd edək ki, Avstraliyada epidemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin  iyunun 1-dən yumşaldılması çərçivəsində kafe və restoranlara girişə qismən icazənin verilməsi planlaşdırılır.

 

Xəbəri paylaş: