Aqrar Kredit və İnkişaf Agentliyinin səlahiyyəti artırıldı

Aqrar Kredit və İnkişaf Agentliyinin səlahiyyəti artırıldı

16:13 08.04.2020


Bakı. Trend:

Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında 23 iyul 2015-ci il tarixli fərmanına dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Trend-in məlumatına görə, fərmanla Agentliyə yeni səlahiyyət verilib.

Qurum bundan sonra aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, ailə-kəndli təsərrüfatlarının müvəkkil kredit təşkilatları vasitəsilə aldıqları mikrokreditlər üzrə risklərə qismən təminat verilməsini həyata keçirəcək.

Xəbəri paylaş: