Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür

Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür

16:00 08.04.2020


Bakı. Trend:

Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür.

Bunu “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimovun Trend-ə müsahibəsi zamanı deyib.

Həmin müsahibəni təqdim edirik:

Şakir müəllim, koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirlərinin azaldılması ilə bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarov tərəfindən səsləndirilən tədbirləri şərh edə bilərsinizmi?

Bu gün bütün dünya çox çətin bir vəziyyətlə üz-üzədir: dövlətlər həm vətəndaşlarının sağlamlığı, həm də iqtisadi problemlərin həlli ilə bağlı təcili qərarlar qəbul etməlidirlər. Hökümət pandemiyanın təsirini azaltmaq məqsədilə cari proseslərə dərhal reaksiya verir və zəruri tədbirlər görür.

Sevindirici haldır ki, dövlət dəstək proqramına (ölkə ÜDM-nin 3% -i) 2,5 milyard manat ayrılması kimi misli görünməmiş tədbirləri görməyə hazırdır. Bu həm postsovet məkanında, həm də regionda xərclərin ÜDM-ə nisbəti baxımından ən iri miqyaslı proqramdır.

Konkret tədbirlərə gəldikdə, fikrimcə, ən vacib məqamları qeyd edə bilərəm:

1) 4 böyük sektoru və 20 biznes sahəsini, özəl sektorun 300 min işçisini, 290 min mikro və fərdi sahibkarı, əhalinin aztəmiantlı təbəqəsi olmaqla geniş əhatəli proqram olması;

2) Rəsmi işləyən sahibkarlara üstünlüyün verilməsi. Məsələn, pandemiyadan çox əvvəl başlayan maaşların “ağardılması” prosesində işçilərini və maaşlarını rəsmi qaydaya keçirməyi bacaran sahibkarlar üçün müsbət hal olacaqdır. Məhz bu cür sahibkarlara ilk növbədə dövlət yardımı göstəriləcəkdir. Proqrama həmçinin, vergilərin qismən geri qaytarılması və müəyyən vergi növlərindən azadolmaları da nəzərdə tutur.

3) Faizləri subsidiya etməklə, pandemiyadan zərər çəkmiş bizneslərin kredit yükünün azaldılması. Çox vacibdir ki, bu tədbirlər, əksər müştərilərin gecikməyə düşməsində daha öncə görülür.

4) Proqramın sosial yönümlü olması, hansı ki, sahibkarları cari iş yerlərinin saxlanılması üçün stimullaşdırmaq ilə yanaşı, həm də vətəndaşların elektrik enerjisi və təhsil xərclərini də qismən qarşılayacaqdır.

5) Proqramın yalnız cari problemlərin həllinə deyil, həm də ölkənin gələcək inkişafına yönümlü olması. İpoteka kreditlərinin verilməsində dəstək və yeni biznes kreditlərinin subsidiyalaşdırılması buna misal ola bilər.

Fikrinizcə, bu proqram çərçivəsində daha hansı əlavə tədbirlər effektiv ola bilər?

Qeyd etdiyim kimi, proqram ən vacib sahə və istiqamətləri əhatə edən kifayət qədər geniş bir spektrə malikdir. Mikromaliyyələşdirmə sahəsində aktiv məşğul olan, kiçik və orta sahibkarlığı dəstəkləyən “Bank Respublika” ASC-nin təmsilçisi olaraq hesab edirəm ki, sözügedən böhrandan ən çox zərər çəkmiş tərəflər mikro, kiçik və orta sahibkarladır.

Buna görə ümid edirəm ki, dəstək proqramı onların davamlı işləməsi və iflasdan xilas olması üçün əsas olacaqdır. Proqramın şəffaf işləyən sahibkarlara yönəldilmiş olmasını tam dəstəkləməklə yanaşı, mən, mikrokredit müştəriləri üçün bəzi güzəştlərin edilməsini tövsiyə edərdim. Bu sahədə əsasən öz ailə biznesini idarə edən və bir çoxu vergilərdən tamamilə azad olan kiçik sahibkarlar çalışır. Əksər hallarda həmin sahibkarlar mühasibat uçotu aparmayıblar. Mən əminəm ki, bu proqram çərçivəsində maksimal sayda mikro biznesləri tamamilə şəffaf etmək mümkün olacaqdır.

Çıxış zamanı, proqramın yalnız kreditləri vaxtında ödəmiş borcalanlar üçün nəzərdə tutulduğu bildirildi. Mən təklif edərdim ki, proqram, restrukturizasiya və ya subsidiyanın ödənilməsi zamanı gecikdirilmiş borclarını tamamilə bağlamış biznes-müştərilərinə da tətbiq olunsun.

Sonda qeyd etmək istərdim ki, banklar da koronavirus pandemiyasından zərər çəkmiş müştərilərə dəstək verməyə hazırdırlar.

Hazırda bu istiqamətdə görüləcək mümkün tədbirlər barədə aktiv müzakirələr aparılır və yaxın günlərdə müştərilər bu barədə məlumatlandırılacaq.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Xəbəri paylaş: