İtaliyada üzərində yük maşını olan körpü uçdu (FOTO)

İtaliyada üzərində yük maşını olan körpü uçdu (FOTO)

15:06 08.04.2020


Bakı. Trend:

İtaliyanın şimalındakı Toskana vilayətində çay üzərindən keçən avtomobil körpüsü uçub.

Trend-in məlumatına görə, hadisə zamanı körpünün üzərində yük maşını olub.

Maşının sürücüsü xilas edilib, başqa xəsarət alan olmayıb.

Hazırda hadisə yerində xilasedicilər işləyir, qəza ilə bağlı araşdırma aparılır.

Xəbəri paylaş: