Tibbi tullantıların utilizasiyasına ciddi nəzarət olunur

Tibbi tullantıların utilizasiyasına ciddi nəzarət olunur

14:59 08.04.2020


Bakı. İlhamə İsabalayeva – Trend:

Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə Respublika ərazisində fəaliyyət göstərən xəstəxana və müvəqqəti yaradılan düşərgələrdə formalaşan təhlükəli tibbi tullantıların qanunvericiliyə uyğun idarə olunmasına nəzarət edilir.

Trend-in məlumatına görə, Təhlükəli Tullantılar Poliqonunun direktoru Firuddin Əliyev jurnalistlərə bildirib ki, təhlükəli tibbi tullantıların normalara uyğun utilizasiyası məqsədilə

tibb müəssisələrinə xüsusi torbalar və konteynerlər paylanılıb:

“Tibbi tullantılar təhlükəlilik kateqoriyasına görə çeşidlənir və xüsusi ayrılmış avtomobillərlə daşınaraq xüsusiləşdirilmiş müəssisələrin insinerator qurğusunda yandırılma üsulu ilə zərərsizləşdirilir. Daşınmadan sonra avtomobillər dezinfeksiya olunur.

Yandırılma zamanı əmələ gələn kül Təhlükəli Tullantılar Poliqonunun ərazisində xüsusi ayrılmış yerlərdə basdırılır. Nəzarət və utilizasiya prosesinin təşkili tədbirləri tərəfimizdən davam etdirilir”.

Xəbəri paylaş: