Xaçmazın fındıq bağlarından 6 min tondan çox məhsul yığılıb

Xaçmazın fındıq bağlarından 6 min tondan çox məhsul yığılıb

14:38 08.04.2020


Bakı. Trend:

Ötən il Xaçmazın fındıq bağlarından 6 min 627 ton məhsul yığılıb. Orta məhsuldarlıq hər hektara görə 14 sentner təşkil edib.

Trend-in məlumatına görə, Xaçmaz rayonunda 850 hektar sahədə yeni fındıq bağları da salınıb. Rayonda mövcud olan fındıq bağlarının 4 min 764 hektarı bar verir.

Rayonda 10-a yaxın fındıq qəbulu məntəqəsi var. Bu məntəqələr məhsulu fermerlərdən sərfəli qiymətə alırlar. Ötən il bazarda fındığın 1 kiloqramı 5 manatdan baha satılıb.




Qeyd edək ki, Xaçmazda fındıq bağlarında məhsul toplanmasına iyul ayında başlanılır, yığım isə avqustun sonunadək aparılır.

Xəbəri paylaş: