Avstraliya kruiz gəmilərini ərazi sularından çıxarır

Avstraliya kruiz gəmilərini ərazi sularından çıxarır

14:21 08.04.2020


Bakı. Trend:

Avstraliya hökuməti Kvinslend ştatının sahillərində dayanan 4 kruiz gəmisindən ərazi sularını tərk etməyi tələb edib.

Trend-in məlumatına görə, Baham adaları, Panama və Malta qeydiyyatı olan laynerlərdə ümumilikdə 13,5 min sərnişin var.

Avstraliya hökuməti bildirir ki, ölkədə qeydə alınan koronavirus faktlarının əksəriyyəti kruiz gəmilərinin sərnişinlərində qeydə alınıb. Bununla bağlı olaraq mart ayında “Ruby Princess” laynerinin Sidneyə yan alması üçün icazə verən rəsmi şəxslər barəsində cinayət işi də açılıb. Hazırda həmin gəminin ekipajı karantinə alınıb.

Qeyd edək ki, bu günə qədər Avstraliyada 6 010 nəfər koronavirusa yoluxub, 50 nəfər ölüb.

Xəbəri paylaş: