Qızılın qiyməti son 7 ilin rekordunu vurub

9:57 Fevral 24, 2020

Qızılın 1 unsiyasının qiyməti 2,2% artaraq 1 679,7 ABŞ dollarına çatıb ki, bu da 2013-cü ilin fevral ayından etibarən ən yüksək qiymətdir.

APA-Economics”in “Bloomberg”ə istinadən verdiyi məlumata görə, bunun əsas səbəbləri kimi koronavirusun yayılması və sözügedən virusun qlobal iqtisadi artıma zərər verəcəyinə dair artan narahatlıqdır.

Qeyd edək ki, ötən həftə ərzində qızıl 3,8% bahalaşıb.

Xəbəri paylaş: