“Atletiko” və “Sevilya” 3 xalı 3 qolla qazanıb

9:34 Fevral 24, 2020

İspaniya La Liqasında XXV turun mübarizəsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, günün ən maraqlı oyunu Xetafedə keçirilib.

Turnir cədvəlində 3-cü pillədə qərarlaşan “Xetafe” ən yaxın izləyicilərindən olan “Sevilya”nı qəbul edib. Rəqib qapısından 3 cavabsız top keçirən daha təcrübəli əndəlüs təmsilçisi qalib gəlməklə, turnir cədvəlində rəqibini geridə qoyub.

İlk “dördlüy”ə iddia edən daha iki komanda “Atletiko” ilə “Vilyarreal” Madriddə üz-üzə gəliblər. Qonaqlar matçın əvvəllərində hesabı açmalarına baxmayaraq, ev sahibləri sonda əzmkar qələbə qazanıblar.

İspaniya La Liqası
XXV tur
23 fevral
“Osasuna” – “Qranada” – 0:3

Maçis, 4, 28; Fulkier, 41
“Alaves” – “Atletik” – 2:1
Lukas Peres, 28 (pen.); Eli, 90+1 – Raul Qarsiya, 17
“Valyadolid” – “Espanyol” – 2:1
Sandro, 77; Qvardiola, 83 – Embarba, 90+3
“Xetafe” – “Sevilya” – 0:3
Okampos, 43; Fernando, 67; Kunde, 75
“Atletiko” – “Vilyarreal” – 3:1
Korrea, 40; Koke, 64; Joao Feliks, 74 – Pako, 16

1  Barselona 25 17 4 4 62-29 55
2  Real 25 15 8 2 46-17 53
3  Atletiko 25 11 10 4 28-18 43
4  Sevilya 25 12 7 6 34-25 43
5  Xetafe 25 12 6 7 36-25 42
6  Real Sosyedad 24 12 4 8 42-31 40
7  Valensiya 25 10 8 7 35-37 38
8  Vilyarreal 25 11 5 9 43-35 38
9  Qranada 25 11 3 11 32-31 36
10  Levante 25 10 2 13 31-36 32
11  Atletik 25 7 10 8 24-22 31
12  Osasuna 25 7 10 8 31-35 31
13  Betis 25 7 9 9 35-40 30
14  Alaves 25 8 6 11 27-35 30
15  Valyadolid 25 6 11 8 22-28 29
16  Eybar 24 6 6 12 22-37 24
17  Selta 25 5 9 11 22-34 24
18  Malyorka 25 6 4 15 26-42 22
19  Leqanes 25 4 7 14 18-37 19
20  Espanyol 25 4 7 14 22-44 19

 

Xəbəri paylaş: