Çindən Türkiyəyə təxliyə edilən vətəndaşlarımız xəstəxanadan buraxılıblar

Çindən Türkiyəyə təxliyə edilən vətəndaşlarımız xəstəxanadan buraxılıblar

12:13 Fevral 15, 2020

Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşları Ankarada Zekai Tahir Burak xəstəxanasından buraxılıblar.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, 6 Azərbaycan vətəndaşından biri 7 yaşlı qız olmaqla 3-ü eyni ailənin üzvləridir.

Xəstəxanadan buraxılan 6 Azərbaycan vətəndaşı Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri ilə birlikdə Ankarada yerləşən Heydər Əliyev parkına gəliblər. Onlar parkda Heydər Əliyevin heykəli qarşısına gül dəstələri qoyublar, Azərbaycan, Türkiyə və Çin dövlətlərinə öz təşəkkürlərini bildiriblər.

Xəbəri paylaş: