İlham Əliyev MDB-nin müşahidə missiyasının rəhbərini qəbul etdi

İlham Əliyev MDB-nin müşahidə missiyasının rəhbərini qəbul etdi

21:20 Fevral 10, 2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da MDB-nin müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminskini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanda keçirilən parlament seçkilərində xeyli sayda müşahidəçinin iştirak etməsinin önəmi vurğulanıb, MDB-dən olan müşahidəçilərin seçkilərin yüksək səviyyədə təşkil olunduğu, qanun pozuntusunun qeydə alınmadığı, bütövlükdə seçki prosesinin şəffaf, demokratik və rəqabətlilik prinsipi şəraitində, Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə keçirildiyi bildirilib.

Prezident İlham Əliyev Azərbaycanda keçirilən parlament seçkilərində MDB müşahidəçilərinin iştirakına görə minnətdarlığını ifadə edib.

Söhbət zamanı ölkəmizdə keçirilən parlament seçkilərinin Azərbaycanda bütün sahələri əhatə edən genişmiqyaslı islahatların tərkib hissəsi olduğu qeyd edilib, Azərbaycan dövləti tərəfindən bu seçkilərin ədalətli və demokratik şəraitdə keçirilməsi üçün hər cür şəraitin yaradıldığı vurğulanıb.

14:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da MDB-nin müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminskini qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Xəbəri paylaş: