Elnarə Abdullayeva: “Çox-çox böyük sənətkarlar heç nə bilmir”

Elnarə Abdullayeva: “Çox-çox böyük sənətkarlar heç nə bilmir”

21:50 Yanvar 17, 2020

Zəhmət çəkmişəm, mən sənət yaratmışam. Mən  o sənəti yaradan ərəfədə böyük sənətkarların hamısı gəlirdilər üstümə ki, “bu, oxuya bilmir. Bu nədir oxuyursan, mərsiyə oxuyan…”, ancaq bu işlərlə məşğul idilər. Hamı bilir ki, sənətə gəldinsə, özün öz maraqlı cığırını aça bildinsə, sənətin içində olassan. Yoxsa, yoxa böyükdən tutmuş kiçiyə qədər hamı başlamışdı qısqanmağa. Mən heç nə deyə bilmirdim. Sadəcə, bir kəlmə söz deyib, çəkilib dayanırdım qıraqda. Amma sənətlə məşğul olurdum.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu açıqlamanı əməkdar artist Elnarə Abdullayeva “Hər şey daxil”də deyib.

Xanəndə onu qınayan bəzi sənətkarları sənəti az bilməkdə ittiham edib:

“Sən özün bilirsən bu hansı sənətə qadirdir, bu da hansı sənətə qadirdir. Heç olmasa sakit dur da. Mən o qədər gecə-gündüz tar-kamança ilə, dəflə çalışırdım, o qədər qəzəllər öyrənirdim ki, mənə çox-çox böyük sənətkarlar gülməli gəlirdi – A kişi, bunlar heç nə bilmir”.

Xəbəri paylaş: