Xəyyam “Altın Kelebek”də iştirakdan imtina etdi

Xəyyam “Altın Kelebek”də iştirakdan imtina etdi

21:46 Yanvar 17, 2020

Müğənni Xəyyam Nisanov Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafat mərasimində iştirak etməkdən imtina edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi bu barədə instaqram səhifəsində məlumat verib.

“Nəzərinizə çatdırım ki, “Altın Kelebek” müsabiqəsindən vaxtı bir neçə dəfə dəyişdiyi üçün könüllü olaraq ayrılmışam. Bütün iştirakçılara uğurlar”, – Nisanov qeyd edib.

Xatırladaq ki, ötən ilin dekabrında keçirilməsi planlaşdırılan layihə fevralın 28-də baş tutacaq.

Xəbəri paylaş: