Nazir yük maşınlarından rüşvət alan yol polisini işdən qovdu

11:45 14.01.2020

Sosial şəbəkələrdə yük avtomobillərindən rüşvət alması barədə videosu yayılan yol polisi işdən azad olunub.

KONKRET.AZ xəbər verir ki, bu barədə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib.

İdarə rəsmisi bildirib ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Yol Patrul Xidməti Alayının əməkdaşı, polis baş serjantı Vüqar Mehdiyev polisin nüfuzuna və daxili işlər orqanı əməkdaşı adına ləkə gətirdiyinə görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə yol polisinin yük maşınlarının sürücülərindən rüşvət istəməsi barədə video yayılmışdı. Kadrlara əsasən, V. Mehdiyev yük maşınlarının sürücülərindən “postun pulu” adı ilə hər maşına görə 10 manat tələb edir.

Yol polisinin rüşvət görüntüsü yayıldı – Polisdən rəsmi açıqlama – VİDEO

 

Xəbəri paylaş: