Rusiya “Şimal axını-2″nin tikintisini öz texnoloji imkanları hesabına başa çatdıra bilər

Rusiya “Şimal axını-2″nin tikintisini öz texnoloji imkanları hesabına başa çatdıra bilər

13:24 Yanvar 13, 2020

“Şimal axını-2” qaz boru kəmərinin tikintisini müstəqil şəkildə başa çatdırmaq üçün Rusiyanın heç bir texnoloji maneəsi yoxdur.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller deyib.

Onun sözlərinə görə, hazırda texnoloji risklər şirkətin öz imkanları hesabına ödənilir. Eyni zamanda, A. Miller layihənin tamamlanması gözləniləndən daha çox vaxt aparacağını da bildirib.

Xatırladaq ki, ötən ilin dekabrın 20-də ABŞ Prezidenti Donald Trump “Şimal axını-2” və “Türk axını” boru kəmərlərinə qarşı sanksiyaları nəzərdə tutan 2020-ci il üçün müdafiə büdcəsini imzalayıb.

ABŞ podratçı şirkətlərdən tikinti işlərini dərhal dayandırmasını tələb edib. “Şimal axını-2” tikintisi aparan İsveçrənin “Allseas” tələbi yerinə yetirib.

Eyni zamanda, “Allseas” şirkətinin sözçüsü Yens Müller qeyd edib ki, 2 460 km uzunluğunda olacaq qaz kəmərinin cəmi 160 km-ə yaxın hissəsinin tikintisi hələ başa çatmayıb.

Qeyd edək ki, “Şimal axını-2” layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur.

Xəbəri paylaş: