“Milan”ın sahibi dəyişir

13:23 13.01.2020

İtaliyanın “Milan” klubunun sahibi dəyişir.

Apasport.az saytının məlumatına görə, LVMH şirkəti klubun alınması ilə bağlı razılıq əldə edib.

Fransa şirkətinin rəhbərliyi “Milan”ın indiki sahibi “Elliott Management” ilə danışıqları yekunlaşdırıb. LVMH “Christian Dior”, “Louis Vuitton”, “Givenchy”, “Guerlain”, “Chaumet”, “Moеt & Chandon” və “Hennessy” kimi məşhur markaların istehsalçısıdır. Geyim, dəri məhsullar, spirtli içkilər, kosmetika, saatlar və zinət əşyaları istehsalçısı olan şirkətin mənzil-qərargahı Parisdə yerləşir.

Qeyd edək ki, “Elliott Management” 2018-ci ilin iyulunda “Milan”ın səhmlərinin 99,93 faizini alıb.

Xəbəri paylaş: